Bakıda iki nəfəri döyüb pulunu ələ keçirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda iki nəfəri döyüb pulunu ələ keçirən şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Bəşir Qəhrəmanzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
12 Aprel , 2019 16:00
Bakıda iki nəfəri döyüb pulunu ələ keçirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Bəşir Qəhrəmanzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, B.Qəhrəmanzadənin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, B.Qəhrəmanzadə istintaqa məlum olmayan bir qrupla əlbir olub 2017-ci il dekabrın 30-da gecə saatlarında Bakı şəhəri, Nəsimi rayon ərazisində Ramil Muradova silahla basqın edib. O, R.Muradovu bıçaqlayıb, dəstə üzvləri ilə birgə zərərçəkmişin cibindən 70 manat pulu və 30 manat dəyərində mobil telefonu ələ keçirib.

Bundan başqa, B.Qəhrəmanzadə 2018-ci ildə tanış olduğu İlqar Qəhrəmanovu Nəsimi rayon ərazisində yerləşən yaşayış binasının həyətinə aparıb, onun gözünə yumruqla vurub və ümumilikdə, 88 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi