Bakıda iki nəfərə qarşı quldurluq edilib

Bakıda iki nəfərə qarşı quldurluq edilib Hadisə 28 May küçəsində qeydə alınıb
Hadisə
13 Oktyabr , 2016 12:52
Bakıda iki nəfərə qarşı quldurluq edilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda iki nəfərə qarşı quldurluq edilib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu 28 May küçəsində qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan 2 nəfər, işdən evə qayıdan Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Rail Yusif oğlu Abdullayevi və Qazax rayon sakini 1964-cü il təvəllüdlü Vəkil Atakişi oğlu Dönməzovu döyüb. Bundan sonra V.Dönməzovun üzərində olan 550 manat pul aparılıb. 

 Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi