Bakıda iki nəfərdən psixotrop həblər götürülüb

Bakıda iki nəfərdən psixotrop həblər götürülüb Əməliyyat tədbirlərinin davamı olaraq Orxan Səfərova həbləri satmış Həsən Həsənov da tutulub
Hadisə
28 May , 2016 12:42
Bakıda iki nəfərdən psixotrop həblər götürülüb

Bakı. 28 may. REPORT.AZ/ Bakıda iki nəfərdən psixotrop həblər götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Orxan Səfərovdan 5 ədəd psixotrop həb (ekstazi) götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq ona həbləri satmış Həsən Həsənov da tutulmuş və ondan 10 ədəd psixotrop həb (ekstazi) tapılıb.

Son xəbərlər

Orphus sistemi