Bakıda iki nəfər sürücünü kəsici alətlə hədələyərək pulunu talayıb

Bakıda iki nəfər sürücünü kəsici alətlə hədələyərək pulunu talayıb Noyabrın 15-də səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə iki nəfərin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talamaları barədə polisə məlumat daxil olub.
Hadisə
16 noyabr 2023 06:41
Bakıda iki nəfər sürücünü kəsici alətlə hədələyərək pulunu talayıb

Noyabrın 15-də səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə iki nəfərin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talamaları barədə polisə məlumat daxil olub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Biuldirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1985-ci il təvəllüdlü Tural Xəlilov və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Sənan Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi