Bakıda iki nəfər intihara cəhd edib

Bakıda iki nəfər intihara cəhd edib Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
14 Dekabr , 2016 13:10
Bakıda iki nəfər intihara cəhd edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakının Sabunçu və Səbail rayonlarında intihara cəhdlər olub.

"Report"un xəbərinə görə, Səbail rayonu Xəqani küçəsi ev 3-ün qarşısında Kürdəmir rayon sakini 18 yaşlı Aynur Məhərrəmova ülgüclə biləyini kəsərək özünü öldürmək istəyib. A.Məhərrəmova Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilkin yardım alaraq evə buraxılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər oxşar hadisə isə Sabunçu rayonu Maştağa qəsəbəsi, Gülçülük sovxozunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Azər Əbülfətzadə yaşadığı evdə bıçaqla bilək nahiyəsini kəsib. Ona Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimi tərəfindən evdə ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi