​Bakıda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

​Bakıda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib Onlar FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib
Hadisə
22 İyul , 2015 15:24
​Bakıda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

Bakı. 22 iyul. REPORT.AZ/ Bakıda daha iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bundan başqa, Abşeron rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsindən 750 metr solda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Son xəbərlər

Orphus sistemi