Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb Hər iki faktla bağlı araşdırmalar aparılır
Hadisə
13 Yanvar , 2015 13:03
Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda iki nəfər dəm qazından zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Yevlax rayon sakini Mövlan Quliyev Suraxanı rayonunun Hövsan, Cəlilabad rayon sakini Cəlal Abdulov Binə qəsəbələrində kirayədə yaşadıqları mənzillərdə dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi