Bakı. 14 yanvar. REPORT.AZ/ Qaradağ rayonunda iki nəfər dəm qazından zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Şanqar qəsəbəsində yaşayan Vəfa Hüseynova və Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində yaşayan Rza Əliyev mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.