Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
9 Dekabr , 2015 12:50
Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, dekabrın 7-də Gürcüstan vətəndaşı Zakir Abbasov Xətai rayonu ərazisində yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Digər hadisə isə Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan Aytəkin Hüseynova dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi