Bakıda iki nəfər bir-birini bıçaqlayıb

Bakıda iki nəfər bir-birini bıçaqlayıb Onlar xəstəxanaya yerləşdirilib
Hadisə
29 İyul , 2016 12:18
Bakıda iki nəfər bir-birini bıçaqlayıb

Bakı. 29 iyul. REPORT.AZ/ Bakıda iki nəfər bir-birini bıçaqlayıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 29-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qəsəbə sakinləri Vüqar Bağırov və Ramil Mirzəyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdirilib. V.Bağırovun vəziyyəti orta-ağırdır. R.Mirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi