Bakıda avtomobillərin toqquşması zamanı iki piyada xəsarət alıb

Bakıda avtomobillərin toqquşması zamanı iki piyada xəsarət alıb Xəsarət alanlar xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıb
Hadisə
23 Avqust , 2017 06:52
Bakıda avtomobillərin toqquşması zamanı iki piyada xəsarət alıb

Bakı. 23 avqust. REPORT.AZ/ Sabunçu rayonunda iki avtomobilin toqquşması zamanı piyadalar xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Bakıxanov qəsəbəsində iki minik avtomobili toqquşub. Hadisə zamanı yol kənarı ilə hərəkət edən 1963-cü il təvəllüdlü Nəbiyeva Mehriban Talıb qızı və onun oğlu 2005-ci il təvəllüdlü Nəbiyev Coşqun Daşqın oğluna toqquşan avtomobillərin metal hissələri çıpılıb. Nəticədə hər iki şəxs müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi