Bakıda iki kişi meyiti tapılıb.
“Report”un xəbərinə görə, Nizami rayonu Keşlə qəsəbəsində Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Kərəm Əhmədovun, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində isə ruhi xəstə, 1964-cü il təvəllüdlü Azər Kərimovun meyitləri aşkar edilib.
Hər iki şəxsin meyitinin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.