​Bakıda iki "KaMAZ" avtomobili toqquşub, 1 nəfər ölüb

​Bakıda iki "KaMAZ" avtomobili toqquşub, 1 nəfər ölüb 1980-ci il təvəllüdlü Telman Mehdiyevin cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
12 İyul , 2016 04:34
​Bakıda iki KaMAZ avtomobili toqquşub, 1 nəfər ölüb

Bakı. 12 iyul. REPORT.AZ/ Paytaxtın Qaradağ rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1980-ci il təvəllüdlü Mehdiyev Telman Vaqif oğlunun cəsədini və həmin avtomobildə olan 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:07-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi