Bakıda gənc qadın və rəfiqəsinə yaşadığı evin qarşısında 12 bıçaq zərbəsi vurulub

Bakıda gənc qadın və rəfiqəsinə yaşadığı evin qarşısında 12 bıçaq zərbəsi vurulub Hadisə səhər saatlarında Qara Qarayev prospektində baş verib
Hadisə
30 Avqust , 2017 07:03
Bakıda gənc qadın və rəfiqəsinə yaşadığı evin qarşısında 12 bıçaq zərbəsi vurulub
Foto:Report.az

Bakı. 30 avqust. REPORT.AZ/ Səhər saat 5:00 radələrində Bakının Nizami rayonunda iki gənc qadın bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın giriş qapısının qarşısında baş verib.

1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Mikayılova Elnarə Yanar qızına naməlum şəxs və ya şəxslər tərəfindən hər birinə 6 bıçaq zərbəsi vurulub. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi