Yuxarı

​Bakıda iki evdə yanğın olub

Hər iki evin qalan hissəsi yanğından mühafizə edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 kv.m olan 4 otaqlı mənzilin 1 otağı, dəhlizi və ev əşyaları 25 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Suraxanı rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ikinci mərtəbədə 1 otağın tavanı 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi