Yuxarı

Paytaxtda iki azyaşlı uşaq xilas edilib

Hadisə Nəsimi rayonunda baş berib

Bakı. 10 fevral. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonu ərazisində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, xilasedicilər hadisə yerinə cəlb edilib.

Onlar mənzilin giriş qapısını açaraq azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi