Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 dekabr 2021 00:49
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Yolçuyev Səxavət Əlisafa oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi