Bakıda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

Bakıda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 Sentyabr , 2019 23:43
Bakıda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza paytaxtın Xəzər rayonu, Buzovna-Maştağa yolunda qeydə alınıb.

Belə ki, “BMV” markalı avtomobillə “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. 

Qəzadan sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan “VAZ - 2106” markalı avtomobilin sürücüsü, 31 yaşlı Rzayev Yusif Məhərrəm oğluna diz oynağının açıq sınıq yarası, “BMV” markalı avtomobilin sərnişini, 67 yaşlı Vəliməmmədova Firuzə Rzabala qızına qapalı kəllə-beyin travması və alının açıq yarası, adı hələlik məlum olmayan digər bir yaralıya isə bədənin müxtəlif yerlərinin xəsarətləri, döş qəfəsinin küt travması diaqnozları qoyulub. 

Hazırda müalicələri davam edir. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi