Bakıda iki avtomobil toqquşub, yaralananlar var

Bakıda iki avtomobil toqquşub, yaralananlar var Hər iki minik maşınında sıxılıb qalmış sürücülər xilas edilib
Hadisə
26 Oktyabr , 2016 01:56
Bakıda iki avtomobil toqquşub, yaralananlar var

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi magistral avtomobil yolunda iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi