Yuxarı
    Bağlamaq

    Bakıda iki avtomobil toqquşub, yaralanan var

    Qəzanın baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib

    Bakı. 31 mart. REPORT.AZ/ Bakıda iki avtomobil toqquşub, yaralanan var.

    "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, Aeroport yolunda "Chevrolet" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən "Mercedes" markalı minik avtomobilinin arxasına çırpılıb. Qəza baş verən zaman "Chevrolet"də olan sərnişin 1973-cü il təvəllüdlü Sədaqət Tağıyeva bədən xəsarətləri alıb. S.Tağıyeva xəstəxanaya yerləşdirilib.

    Qəzanın baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi