Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
6 Dekabr , 2019 00:36
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Həsənova Aytac Həsən qızı və 1953-cü il təvəllüdlü Həsənov İsrail Cəbrayıl oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Həsənovaya kəllə-beyin travması, İ.Həsənova isə sağ bilək oynağının əzilməsi və sol dirsək sümüyünün qapalı sınığı diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi