Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Sentyabr , 2019 01:49
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
Foto: "Report"

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Hadisə zamanı 2 nəfər - 40 yaşlı Məhərrəmov Şükür Xalıqverdi oğlu30 yaşlı Nəcəfov Əlzamin Ələddin oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ş.Məhərrəmova sol diz oynağının əzilmiş yarası, Ə.Nəcəfova isə sol əlin, sol bazunun, sağ dirsəyin əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi