Bakıda bir nəfərin xəsarət alması nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Əhmədov Teymur Əmir oğlu xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.