Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Sentyabr , 2019 01:24
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun “Şamaxinka” adlanan ərazisində qeydə alınıb.

Qəza zamanı 1972-ci il təvəllüdlü Bayramov Müşfiq Mətləb oğlu xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və ona kəllə-beyin zədəsi diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi