Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1993-cü il təvəllüdlü Mustafayev Emil Cavid oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.