Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
24 Oktyabr , 2019 14:45
Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi “DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi