Bakıda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb - YENİLƏNİB Paytaxtın Heydər Əliyev prospektində iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
17 Noyabr , 2019 00:12
Bakıda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb - YENİLƏNİB

Paytaxtın Heydər Əliyev prospektində iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report” xəbər verir ki, qəza nəticəsində 1992-ci təvəllüdlü Hüseynova Yavrumə Mehdi qızı, 1967-ci il təvəllüdlü Əliyev Elxan Əhməd oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Səbuhi Etibar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


***19:33 - 16.11.2019

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iki minik avtomobilinin toqquşması barədə məlumat təcili yardıma saat 18.34-də daxil olub.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza hadisə yerində yardım göstərilib və o hospitalizasiyadan imtina edib.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi