Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb Bakıda yol qəzası baş verib.
Hadisə
12 avqust 2019 13:02
Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Bakıda yol qəzası baş verib. 

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində qeydə alınıb. 

Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə ikisi qadın olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi