Bakıda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb Xəsarət alan maşınlardan birinin sürücüsü olub
Hadisə
10 Aprel , 2017 02:55
Bakıda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Bakı. 10 aprel. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

"Report" xəbər verir ki, qəza Xocalı prospekti ilə hərəkətdə olan iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Nəticədə maşınlardan birinin sürücüsü olan Tahir Piriyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi