Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən "Ağ şəhər"də qeydə alınıb.
Qəza nəticəsində 2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç və 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
E.Almazova onurğanın əzilməsi, F.İsgəndərova isə sağ bud sümüyünün sınığı diaqnozları qoyulub.