Xətai rayonunda 39 yaşlı sürücü yol qəzasında xəsarət aldı

Xətai rayonunda 39 yaşlı sürücü yol qəzasında xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 İyul , 2020 06:59
Xətai rayonunda 39 yaşlı sürücü yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı sürücü, 1981-ci il təvəllüdlü Hacıyev Azər Rəhim oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, üzün və baş nahiyəsinin əzilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi