Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 avqust 2020 19:38
Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa Zabrat yolunda qeydə alınan qəza nəticəsində 1999-cu il təvəllüdlü Həsənov Murad İlqar oğlu, 1964-cü il təvəllüdlü Həsənov Arif Feyruz oğlu və 1990-ci il təvəllüdlü Musayev Cavid Camal oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi