Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 İyul , 2021 04:43
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1992-ci il təvəllüdlü Nəsirov Sahib Sakit oğlu ağır yaralanıb.

Xəsarət alan gənc təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi