Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
24 May , 2020 02:01
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1985-ci il təvəllüdlü Abbasova Xalidə Nizami qızı xəsarət alıb. O təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi