Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
İnqilab İsmayılov küçəsində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Şəfiyev Nurlan Nizam oğlu müxtəlif bədən xəsarətləri alib. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Şəfiyevə qapalı kəllə-beyin və baş-beyin silkələnməsi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov