Xətai rayonunda iki avtomobil toqquşdu, ölən və xəsarət alan var

Xətai rayonunda iki avtomobil toqquşdu, ölən və xəsarət alan var Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
18 May , 2020 02:40
Xətai rayonunda iki avtomobil toqquşdu, ölən və xəsarət alan var

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Nobel prospektində iki minik avtomobilinin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər dünyasını dəyişib. Hadisə zamanı habelə daha bir nəfər ağır bədən xəsarətləri alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona körpücük və sol topuğun sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov  

Son xəbərlər

Orphus sistemi