Bakıda iki avtobus toqquşub, yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda iki avtobus toqquşub, yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
5 Noyabr , 2019 10:21
Bakıda iki avtobus toqquşub, yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 4 noyabr, saat 23:15

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, "90-RA-864" dövlət nömrə nişanlı 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus, 99-HJ-064 dövlət nömrə nişanlı 7A avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.

7A avtobusun sürücüsü Çingiz Salamov "Report"a bildirib ki, 57 nömrəli marşrut dayanacaqda onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb.

Son xəbərlər

Orphus sistemi