Bakıda idmançı qızı avtomobillə vurub öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda idmançı qızı avtomobillə vurub öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
23 Fevral , 2018 09:51
Bakıda idmançı qızı avtomobillə vurub öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, Ə.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ 90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu iti ilə keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktl bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, R.Məmmədova dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionu olub.

Son xəbərlər

Orphus sistemi