Bakıda sürücü idarəetməni itirərək qəza törədib, sərnişin xəstəxanada ölüb

Bakıda sürücü idarəetməni itirərək qəza törədib, sərnişin xəstəxanada ölüb Bakıda Dekabrın 12-də idarəetməni itirərək qəza törədən sürücü xəstəxanada dünyasını dəyişib.
Hadisə
14 Dekabr , 2023 09:21
Bakıda sürücü idarəetməni itirərək qəza törədib, sərnişin xəstəxanada ölüb

Bakıda dekabrın 12-də sürücünün idarəetməni itirərək qəza törətməsi nəticəsində sərnişin xəstəxanada ölüb.

"Report" xəbər verir ki, 1980-ci il təvəllüdlü Süleyman Bağırovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Suraxanı rayonu ərazisində hərəkətdə olan zaman idaraetməni itirərək eyni hərəkət zolağı ilə hərəkatdə olan "Tata" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə Toyota Prius" markalı avtomobildəki sərnişin 2001-ci il təvəllüdlü Ramilə Əlizadə aldığı xəsarətlərdən 3 Saylı Kliniki Xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaqı aparılır.

Son xəbərlər

Orphus sistemi