Bakıda icra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb

Bakıda icra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.
Hadisə
28 Yanvar , 2022 11:45
Bakıda icra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.

Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.

Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, M.N ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi