Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda içərisində 40 000 dollar və 30 000 avro pul olan seyf oğurlanıb.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən birindən içərisində 40.000 ABŞ dolları və 30.000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Aslan Mikayılov, Royal Kərimli və Abşeron rayon sakini Sadiq Heybətov tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.