Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı
"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai rayon Polis idarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
Cinayət işi üzrə iki nəfər - Yelena Kobelkova və Abil Qədirov zərərçəkmiş qismində tanınıb.