Bakıda içərisində külli məbləğdə pul olan seyf oğurlanıb.
“Report” xəbər verir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Həmin qəsəbədə yaşayan R.Müslümovun evindən içərisində 12 min dollar olan seyf oğurlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.