Bakıda israilli boksçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Bakıda israilli boksçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib O, gecəni 1 saylı Şəhər Klinik Xəstəxanasında keçirib
Hadisə
26 Dekabr , 2016 15:35
Bakıda israilli boksçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda Abbas Ağalarovun xatirəsinə keçirilmiş beynəlxalq turnirdə İsrail yığmasının boksçusu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"Report"un məlumatına görə, 69 kq çəkidə çıxış edən 16 yaşlı Deresh Pablo döyüş zamanı zədələnib. O, ötən gün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Federasiyanın baş katibi Nağı Səfərov "Report"a açıqlamasında idmançının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsini təsdiqləyib. O bildirib ki, D.Pablo xəstəxanada tibbi müayindən keçib, tomoqrafiya olunub. Tibbi müayinədən sonra D.Pablo komandanın məskunlaşıdığı otelə yola salınıb. N.Səfərov İsrail yığmasının bu axşam Azərbaycanı tərk edəcəyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi