Bakıda İsrail vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
15 Noyabr , 2017 18:53
Bakıda İsrail vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə özü hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Dövlətlərarası ticarətlə məşğul olduğunu qeyd edən R.Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib. Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbas oğlu Abbasovla ticarət əlaqəsi yaradıb. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, R.Bəşirzadə N.Abbasova İsraildən bank vasitəsi ilə 65 min ABŞ dolları göndərib, N.Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. R.Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini deyib.

Daha sonra N.Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Abbasov Teymur Səmədov, Rəfael Həsənov və digər şxslərə qarşı da dələduzluq edib.

Son xəbərlər

Orphus sistemi