Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda İraq vətəndaşları öz həmyerlilərinə qarşı dələduzluq edib.
“Report”un xəbərinə görə, cari ilin oktyabr ayında İraq vətəndaşları 30 yaşlı Ahmed Abdulhaq İsmael və 29 yaşlı Ahmed Ali Mutara bir neçə nəfərin etibarından sui-istifadə edərək 13 nəfərə qarşı ümumilikdə 54 500 ABŞ dolları məbləğində dələduzluq edib.
Belə ki, onlar 28 yaşlı Ahmed Ali Camaldan 4 500, 22 yaşlı Abdullah Sultan Abdullahdan 3 min, 20 yaşlı Muhammed Ali Thuamadan 4 500, 19 yaşlı Ahmed Maheer Mahmooddan 5 min, Zeyad Ahmed Zeyad Tarek Abeddən 3 500, Hayman İbrahim Salardan 3 500, Mohammed Khalid Qasımdan 5 min, Mohammed Hushan Abdulqaderdən 3 min, 18 yaşlı Thamer Khalid İbrahimdən 3 min, Omar Mahmood Tahardan 5 min, Ahmed Ayaddan 5 min, Mustafa Abeer Mubarekdən 5 min, Yahya Sinan Najatdan 4 500 ABŞ dolları pul alıb, lakin geri qaytarmayıblar.
Zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.