Bakıda İraq vətəndaşının telefonunu quldurluq yolu ilə ələ keçirən 16 yaşlı gəncin məhkəməsi başlayıb

Bakıda İraq vətəndaşının telefonunu quldurluq yolu ilə ələ keçirən 16 yaşlı gəncin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 26-na təyin edilib
Hadisə
12 noyabr 2018 12:17
Bakıda İraq vətəndaşının telefonunu quldurluq yolu ilə ələ keçirən 16 yaşlı gəncin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 26-na təyin edilib.

İttiham aktına əsasən, 2002-ci il təvəllüdlü S.Cəfərov Bakıda İraq vətəndaşı Al-Darraji Mohammed Abed Jiheelinin telefonunu quldurluq yolu ilə ələ keçirib.

Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə qərarı ilə S.Cəfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi