Yuxarı

Bakıda "İraq Hava Yolları"nın ofisində qətl törədən şəxsin səhhəti ilə bağlı ekspertiza keçiriləcək

Bakıda "İraq Hava Yolları"nın ofisində qətl törədən şəxsin səhhəti ilə bağlı ekspertiza keçiriləcək

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda cinayət işində qeyd olunmuş ekspertizaların verdiyi bir neçə rəy elan olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, müvəkkilinin psixi xəstəliyi olub: "Elşən Bəşirov bununla bağlı 2011-ci ildən xəstəxanada müalicə alır. Onunla bağlı ekspertizanın keçirilməsini tələb edirik".

Vəsatət təmin edilib, xəstəliyi ilə bağlı E.Bəşirova ekspertiza keçiriləcək. 

Məhkəmə qeyri-müəyyən günədək təxirə salınıb.

İttiham aktına əsasən, hadisə bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib.

Belə ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi