​Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

​Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib Mənzillər yanğından mühafizə edilib
Hadisə
31 Mart , 2015 09:12
​Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Bakı. 31 mart. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və birinci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb. Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi