Bakıda hündürlükdən yıxılan fəhlənin ayağı qırılıb

Bakıda hündürlükdən yıxılan fəhlənin ayağı qırılıb Yaralı həmçinin kəllə-beyin travması alıb
Hadisə
28 Mart , 2018 01:49
Bakıda hündürlükdən yıxılan fəhlənin ayağı qırılıb
Courtesy İmage

Sumqayıt. 28 mart. REPORT.AZ/ Bakıda fəhlənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un yerli bürosunun məlumata görə, 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Asəf Fətullayev Bakıdakı qohumunun evinin dam örtüyünü vurarkən hündürlükdən yerə yıxılıb.

Ağır xəsarət alan Asəf Fətullayevə əvvəlcə ilkin tibbi müayinə göstərilsə də, sonradan o, yaşadığı ərazi üzrə Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə aparılıb. Yaralının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 47 yaşlı usta yıxılarkən bir ayağı sınıb və o, ağır kəllə-beyin travması alıb. Hazırda A.Fətullayevin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi